Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanda ümumilikdə 2 min 432 (Bakıda 1 min 936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində – ümumilikdə 12 binada aparılacaq.