Bayraqdar.info – 2021-2022-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində üç Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qalib namizədlər Rumıniyanın Buxarest İqtisadi Təlimlər Universiteti, Buxarest Universiteti, və Ployeşti Neft-Qaz Universitetində bakalavriat və magistratura təhsili alacaqlar.
Onlar psixologiya, sosial elmlər, mədən, neft və qaz ixtisasları üzrə təhsillərini artıracaqlar.
Nazirlik bildirir ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.