Bayraqdar.info – “İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir. Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub.”
Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb. Nazir daha sonra davam edib: “Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib”.
M.Cabbarov onu da əlavə edib ki, “artım əsasən qeyri-neft və qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 milyard 754 milyon manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 milyon manat ödənilib”.
Artım əsasən #qeyrineftqaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd. 754 mln. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib.#Vergi #Vergilər #İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 21, 2021