Press "Enter" to skip to content

Nazirlik “Məktəb inspektoru” vəzifəsinə işçilər axtarır

Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.

Xəbər iyunun 21-də bayraqdar.info-ya Təhsil Nazirliyi Mətbuat xidmətindən verilib.

Xəbərdə deyilir ki, sözügedən vakansiya üzrə namizədlər ali təhsilli, sahə üzrə qanunvericiliyi, qayda və tənzimləmələri bilən şəxslər olmalıdır. Minimum 8 il pedaqoji iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır), ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığna malik olanlara üstünlük veriləcək. Yüksək səviyyədə Azərbaycan dili biliyi və “Microsoft Office” proqramları, internet resurslarından istifadə bacarıqları da tələb edilir. Effektiv şifahi və yazılı peşəkar kommunikasiya, analitik, strateji düşünmə və problem həlletmə, monitorinq və qiymətləndirmə bacarığı mütləqdir. Namizədin təşkilatçılıq, komandada işləmə bacarığı, zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı da olmalıdır. Vakansiya üçün minimum yaş həddi – 30 yaş nəzərdə tutulur. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.

Mission News Theme by Compete Themes.