Press "Enter" to skip to content

Beşinci qrant müsabiqəsində 970 layihə mərhələni keçib

Bayraqdar.info – Təhsildə inkişaf və innovasiyalar üzrə beşinci qrant müsabiqəsinə daxil olmuş layihə təkliflərinin texniki ekspertiza mərhələsi yekunlaşıb. Müsabiqəyə təqdim edilmiş 971 layihədən 970-i bu mərhələdən uğurla keçib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, hazırda texniki ekspertizadan keçmiş layihələrin qiymətləndirilməsi aparılmaqdadır. Müsabiqəyə marağın və müraciət sayının ilbəil artmasını nəzərə alaraq, cari ildə prosedurlara yenilik edilib. Qiymətləndirmə zamanı yaranmış sualların aydınlaşdırılması üzrə layihə müəllifləri ilə onlayn görüşlərin keçirilməsinə başlanılıb.

Qaliblərin müəyyənləşdirilməsi prosesinin iyul ayında yekunlaşacağı gözlənilir.

Mission News Theme by Compete Themes.