“Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir.
Yoqa altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin “Yoqa sutra” əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – hatha-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bhakti-yoqa və s. kimi mərhələlərə bölünür.
Yoqanın Tarixi eramızdan əvvəl 3300-1700-cü illərə (hinduizm inancına əsasən) – Hindistanda olan hind çayının sahillərinə təsadüf edir.
Yoqanın 8 mərtəbəsi
1. Yama – xarici aləm ilə harmoniya;
2. Niyama – daxili aləm ilə harmoniya;
3. Asana – ağıl və bədəni fiziki olaraq birləşdirmə;
4. Pranayama – nəfəslə daxili gücü idarəetmə;
5. Pratyahara – hisslərin idarə olunması;
6. Dharana – ağılın istiqamətləndirilməsi;
7. Dhyana – meditasiya;
8. Samadhi – ən yüksək təbəqə insanın nə üçün yarandığını anlayan və bir çox xüsusiyyətləri kəşf edən.
Hindistan tərəfindən təqdim olunan və BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib. Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsinə indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.
Yoqa təliminə görə insanın psixoemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur.
Yoqada məqsəd birlik və bərabərlikdir. Edilən hər bir hərəkətdə hədəf birlikdir. Adamın özünü bütün olaraq hiss etməsi və bundan irəli gələrək ruhən dinclik tapması yoqanın əsas məramıdır. Yoqayla məşğul olan insanın əvvəl özünü, sonra isə ətrafını və kainatı qəbul etməsi lazımdır.
Bədənin və ağlın təkmilləşməsi
Yoqa elementlərinə əzələ dartma və əyilmə məşqləri əlavə edilir. Yoqa bədən və yaddaşı təkmilləşdirən və həyat tərzinə çevrilən metod kimi anlaşılmalıdır.
Relaksasiya, elastiklik və pozitiv düşünmə
Bu məşqlərin əsas hissəsi fiziki pozalar və ya asanalar, nəfəsalma üsulları və ya pranayama və daha elastik olmaq üçün meditasiyalardır. Yoqa elastik olmağa və yaxşı formada qalmağa kömək edir. O həmçinin yorğunluğu azaldır və zehni sağlamlığı qüvvətləndirir. Düzgün relaksasiyanı, nəfəs almanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir. Gündəlik yoqa məşqlərindən faydalanmaq üçün vegetarian olmağa ehtiyac yoxdur.
Yoqa növləri
“Aştanga yoqa” intensiv yoqa sistemidir. Bura mütərəqqi poza seriyaları daxildir. Hər kəs istədiyi intensivlikdə məşq edə bilər.
“Bikram yoqa” 35-40º C temperaturlu otaqda edilir. Hərarət tərləməni artırır və bədən təmizlənir, əzələ möhkəmlənir.
“Hatha yoqa” bütün yoqa tiplərinin ən məşhurudur, onun əsasında asanalar dayanır.
“İyengar yoqa” ABŞ-da ən populyar yoqa növüdür. Məqsədi zərif pozaları öyrətməkdir. Əzələlərə və düzgün bədən duruşuna xüsusi diqqət yetirilir.
“Vinyasa yoqa”ya intensiv dartınma məşqləri daxildir. Bu növ əsasən hərəkət və nəfəs almanın uzlaşmasına diqqət yetirir.
Məşqlərin intensivliyi həyat tərzimizin imkanlarına uyğunlaşdırılmalıdır (həftədə bir dəfə və ya hər gün).
Biz tezliklə bədənimizdə müsbət dəyişiklikləri görəcəyik
Yoqa xəstəlikləri müalicə etmək üçün alternativ tibbi müalicə metodudur. Yoqa zamanı müxtəlif hərəkətlərdən və nəfəs alıb-vermə metodlarından istifadə edilir. Yoqa insana diqqətini toplamaqda, sinir sistemini sakitləşdirməkdə və ağrıların aradan qalxmasında yardım edir.
Hər il Beynəlxalq Yoqa Günündə bir çox ölkədə müxtəlif mərasimlər keçirilir. Təbii olaraq bu mərasimlərin episentri Hindistandır. Son 2 ildə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən kütləvi yoqa mərasimləri keçirilmir. Bununla belə, Hindistanda “Sağlam həyat üçün yoqa” devizi ilə 2021-ci ildəki bayramın qeyd olunması üçün yüzlərlə yer ayrılıb. Onların hər birində ən çoxu 50 nəfər olmaqla yoqa məşğələləri keçirilir. Bundan başqa, Hindistanda yerli vaxtla səhər saat 6:30-dan televiziya ilə xüsusi proqramın yayımı başlayıb. Baş nazir Narendra Modi televiziya vasitəsilə xalqa müraciət edib.
Qeyd edək ki, yoqa ortodoksal induizm məktəblərindən biridir. Bütün dünyada bu anlayış daha geniş mənada şərh edilir: o induizmin və buddizmin müxtəlif istiqamətlərinin təklif etdiyi mənəvi, psixi və fiziki təcrübələrin məcmusunu birləşdirir. Yoqa ilə məşğul olmaq dedikdə xüsusi hərəkətlərin köməyi ilə öz bədənini, psixikanı və fizioloji funksiyalarını idarə etmək səyi başa düşülür.
Dediyimiz kimi, 21 iyun Beynəlxalq Yoqa günüdür. Ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etimoloji mənşəyində saxlanılır.
İnsanlığın başlanğıcından bəri yoqa tətbiq olunmaqdadır. İlk başlarda Ustaddan şagirdə şifahi köçürülən məlumatlar zaman içində başqa təlimlərlə qarışdırıldığı üçün günümüzdən 2 min il əvvəl Ustad Patancali (e.ə. I əsr) tərəfindən təkrar orijinal halda sadələşdirilib kitab halına gətirilib. Yoqanın bu orijinal halını izah etdiyi kitab “Yoqa sutra”dır.
Ümumi halda yoqa sistemi – hatha-, raca-, karma-, jnani-, bhakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrinin fikirlərini oxumağı və s. bacarırlar.
Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və çağdaş alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.
Azərbaycanda da Yoqa təlimləri ilə məşğul olan kurslar, mediatrlar mövcuddur. Onlar insanlara bu təlimlər vasitəsilə depressiyadan, əsəb və digər xəstəliklərdən xilas olmağa yardım edirlər. Yoqa təlimləri ilə məşğul olan insanların ruhu möhkəmlənir, fiziki və psixi cəhətdən çox güclü olurlar. Yoqayla məşğul olmaq psixi, ruhsal və fiziki sağlamlıq olduğu üçün onunla məşğul omaqda fayda var.