Press "Enter" to skip to content

Fulya Öztürkü hədəf göstərən lənət üçlüsünə imkan verməyəcəyik

Baxıram, yekə-yekə adamlar özlərinə əl qatıb əl qədəri qızın ünvanına ağızlarına və ağıllarına gələni yazırlar. Ki, bəs onun etdiyi bir qəhrəmanlıq deyilmiş. Ki, onun gördüyü iş sadəcə maaş almaq üçün vəzifə icrasıdır filan.

Hələ aralarında bəziləri də var, sağdan-soldan iddia irəli sürür ki, “özümüzünkülər” qala-qala niyə bir türkə bu qədər diqqət yetiririkmiş!

“Ölün, yerə girin” demək istəyir adam! Amma ədəbimiz imkan vermir. Versəydi bəlkə də daha artığını deyərdik.

Söhbət 44 günlük Qarabağ savaşının media qəhrəmanı – bəli, məhz qəhrəmanı – CNN Türkün savaş müxbiri Fulya Öztürkdən gedir! Bu zərif qızcığaz o günlərdə sözün həqiqi mənasında Azərbaycanın səsi oldu!

Ölkənin hər tərəfində həmin günlərdə məhz onu tanıdıq, gördük! Onun reportajları – canlı yayımdakı həyəcanı bizə anlatdı cəbhədə olub-bitənləri. O, biz Azərbaycanlılardan bəzən daha artıq yaşadı o günlərin çətinliklərini.

Bu gün onu hədəfə alanların əksəriyyəti o çətin günlərdə isti evindəki divanda yan üstə uzanıb internetdə “qəhrəmanlıq” etməkdəykən Fulya bombaların dinc insanları öldürdüyü savaş meydanlarındaydı. Həm də gecənin gec saatlarında belə!

Canını təhlükə altına qoyduğuna özümüz şahid olduq. İçi mən də qarışıq bir çox jurnalistlərimiz evimizdən xidmət etməkdəykən Fulya Türkiyədən qalxıb gəlmiş, savaş meydanında az qala əsgərlərimizlə addım-addım irəli gedərək gerçəkləri dünyaya anlatmışdı!

Biz bütün bunları bilirik! Fulyanı hədəfə alanlar da bilir! Bəs nədir bu adamları bu qədər fəal şəkildə əks təbliğat aparmağa sövq edən?

Sualın cavabı o qədər aydın və sadədir ki, çox adamın heç ağlına da gəlmir!

Fulya bir türkdür. Türkiyə vətəndaşıdır. Azərbaycanı da Türkiyə qədər özünün bilir və bu savaşda yanımızda olması təsadüf və ya adi bir redaksiya tapşırığı deyildi. Fulya Azərbaycanı o ağır günlərdə özü seçmiş, öz istəyilə bura gəlmişdi.

Həmin günlərdə o, bizimlə birlikdə olmaq, zərif canıyla belə Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün burdaydı!

O, həmin günlərin canlı əfsanəsidir! Bir gənc qızın bacara biləcəyindən qat-qat artığını etmişdi o! Güllə-bomba altında işləmiş, öz həyatını riskə atmış, amma bir an da olsun geri durmamış, bizim həyəcanımızı bizdən də artıq yaşamışdı!

Məhz bu özəllikləri bu gün Fulyanı hədəfə çıxarıb!

Onu hədəf göstərənlər də uzaqda deyil! Türk düşmənliyi qanına işləmiş İran və Rusiya, onlarla birlikdə Ermənistan uzantılarıdır Fulyanı hədəf göstərən! Və bu işi həvəslə üstlənənlər də məhz bu lənət üçlüsünün qapılarında sülənənlərdir!

Onlar – hədəf göstərən və hədəf alanlar – Azərbaycanın uğurlarını heç cür və heç cür sindirə bilmirlər! Bilməzlər də! Çünki qanları bizim qanımızdan deyil! Genləri də bizim – türk millətinin genindən deyil!
Onları bir-bir araşdırsaq damarlarında adı keçən lənət üçlüsünün qanı aşkarlanacaq!

Onların mövcudluğu məhz biz türkləri hər fürsətdə gözdən salmaq, qızışdırıb yanlışa sürükləmək üçündür!

Vətən oğullarımızın savaşaraq, qan töküb canlarını fəda edərək torpaqlarımızı işğaldan azad etməsi bu lənətlənmişləri o qədər pərt edib ki, uydurma olsa belə bir fürsət tapıb üzərimizə gəlmək istəyirlər!

Biz ayıq olmalıyıq! Bunlara və onların ağalarına bir an belə fürsət vermək olmaz! Fulya Öztürk də bu ünsürlərə əsla və əsla bənd olmamalıdır. Buraxaq, istədikləri qədər sağda-solda çığırışsınlar! Özləri deyib özləri eşitdikcə yorulacaq, heydən düşüb bir kənara çəkiləcəklər!

Fulya haqqında filmə gəlincə, o film ən yüksək səviyyədə çəkilməli, dünya dillərinə tərcümə edilməli və mümkün qədər tirajlanmalıdır. Bir jurnalist obrazı örnəyi olaraq dünya məhz Fulyadan danışmalı, onu universitetlərdə dərs olaraq öyrənməlidir!

Biz bunu etməliyik! Etməliyik ki, o lənət üçlüsünün üzərimizə göndərdiyi uzantılar bir daha türkün gücünü görsün! Geri durar, azacıq bunlara güzəştə gedərsək daha da həyasızlaşacaq, daha yeni hücumlara keçəcəklər! Verməyək onlara bu fürsəti!

Bir daha demək istərdik: Fulya Öztürk bu adamlara əsla bənd olmamalıdır! Azərbaycan xalqı onun savaş günlərində vicdanla vəzifəsini yerinə yetirməsini öz gözləri ilə görüb. Hər kəs buna şahidlik edə bilər. İndi kimsə desə ki, tək Fulya deyil, onlarla başqa jurnalistlər də cəbhə xəttində idi, niyə onlar da diqqət görməsin?

Bunu biz də deyirik! Bəli, orada olan hər bir jurnalist diqqət görməlidir və görür də. Amma Fulya haqqında film çəkilməsinin belə çirkin müzakirələrə səbəb olması üçün o məsələ əsas ola bilməz! Yaxud da Fulya haqqında film çəkmə qərarı o günlərdə danılmaz xidmətləri olan heç kimin gözardı edilməsi anlamına gəlmir!

Keçid verməyək aramıza girmək istəyən ünsürlərə! Dediyimiz kimi, Fulya da onlara əsla bənd olmasın. Bəlli, bunlar yuxarıda adını çəkdiyimiz lənət üçlüsünün tapşırıqlarını yerinə yetirir. Bəzi düşüncə qüsurlular da bilmədən onların səfində yer tutur. Biz bu yazımızı yazmaqla o düşüncə qüsurlularını bilgiləndirmək istədik həm də…

Mission News Theme by Compete Themes.