Press "Enter" to skip to content

Suriyadan qaytarılanlar bərpa proqramına cəlb olunub

Bayraqdar.info – Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan vətəndaşları Vətənə qaytarıldıqdan sonra onların bərpa və yenidən cəmiyyətə uyğunlaşdırma işləri həyata keçirilir. Onlardan 6-sı qadın, 14-ü uşaqdır. Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş mərhələli tədbirlərin davamı olaraq həmin şəxslər bərpa proqramına cəlb ediliblər.

Bayraqdar.info-ya verilən məlumata görə, onların bərpası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Bərpa və cəmiyyətə yenidən uyğunlaşdırma tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.

Azərbaycan Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Mission News Theme by Compete Themes.