Bayraqdar.info – Ombudsman Aparatı tərəfindən iyunun 17-də “İnsan hüquqları aylığı” çərçivəsində Şəki və Gəncə şəhərlərində informasiya əldə etmək hüququ ilə bağlı maarifləndirici tədbirlər təşkil edilib.
Hər iki şəhərdə tədbirlər Heydər Əliyev Mərkəzlərində keçirilib.
Məlumatı Ombudsman Aparatının Mətbuat Xidməti verib.
Tədbirlərdə Şəki və Gəncənin yerli icra hakimiyyətlərinin, polis, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri iştirak edib.
Şəki və Gəncə Regional mərkəzlərinin rəhbərləri P.Məmmədov, S.Abbasov, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova və digər əməkdaşlar tədbirlərdə çıxış edib.
Bildirilir ki, iştirakçılar “İnformasiya əldə etmək haqqında” Qanunla tanış olublar.
Aparatın əməkdaşları həmçinin, informasiya əldə etmək hüququnun yaranma tarixi, bu sahədə mövcud beynəlxalq sazişlər, informasiya sahiblərinin və sorğuçuların hüquqları barədə məlumat veriblər.
Daha sonra informasiya əldə etmək hüququ haqqında təqdimat iştirakçıların diqqətinə çatdırılıb.