Bayraqdar.info – Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində 10 min 483 daşınmaz əmlak və 2 min 824 infrastruktur obyekti olmaqla 13 min 307 əmlakın inventarlaşdırılması başa çatıb.
Bundan başqa 1 min 525 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri də tamamlanıb.
Bu bilgini İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında paylaşıb.
1 525 km #avtomobilyolunun, 292 km #elektriktəchizatı xəttinin, 45 km #qaz təchizatı və 19 km #su təchizatı xəttinin, o cümlədən 249 km #suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb.#Qarabağ #İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 18, 2021
Qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən savaşı sonucu Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında demək olar ki, salamat heç bir obyekt qalmayıb. Məhz bunu rəsmiləşdirmək və Ermənistana beynəlxalq hüquq müstəvisində dava açmaq üçün Azərbaycan tərəfi inventarlaşdırma işləri aparır. Nazir M.Cabbarovun açıqladığı rəqəmlərdən belə anlaşılır ki, iş tam sürətlə gedir.