Press "Enter" to skip to content

HDP-li qadın öldürüldü, Türkiyə yenə hədəfə gətirildi

Son yeniləmə: 18 İyun 2021 08:29

Bayraqdar.info – İctimai sabitliyi və daxildəki əmin-amanlıq mühitimizi sabotaj etmək istəyən qaranlıq əməllər bu dəfə İzmirdə səhnəyə çıxıb. Türkiyənin qarışmasına, etnik, ideoloji və siyasi lay xətlərinin qırılaraq fitnə zəlzələlərinin yaradılmasına yönəlmiş daxili və xarici təxribatlar işə salınıb.

Bu barədə Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Devlet Bahçelinin sosyal media hesabı üzərinden yayınladığı mesajda qeyd olunub.

Mesajda Xalqların Demokratiya Partiyası (HDP) İzmir Vilayət binasına edilən hücum qanlı bir təxribat, cəmiyyətin sinir uclarını sınayan xain bir addım kimi dəyərləndirilib. Bildirilib ki, bu dəhşətli əməlin iç üzü mütləq deşifrə olunmalı, önü və arxası aydınlaşdırılmalıdır.

D.Bahçeli bildirib ki, hücum həyata keçirildikdən sonra əlində tutduğu silah və bozqurd işarəsilə fotoları yayılan təxribatçı dərhal tapılmalıdır.

Bu qatilə görə MHP-nin hədəfə alınmasının qəbulolunmaz olduğunu bildirən D.Bahçeli daha sonra aşağıdakıları qeyd edib: “Qatilin daha öncədən çəkdirdiyi fotolarının birdən-birə dövriyyəyə buraxıldığı, məsələnin hansı dairələr vasitəsilə türk-kürd ixtilafına daşınmaq istənidliyi ədalətin əsas məsələsi olmalıdır. İnanıram ki, kürd əsilli qardaşlarım oynanan oyuna və qurulan tələyə düşməyəcəklər”.

Sonda vurğulanıb ki Türkiyə küçə aralarındakı casus və xainlərə təslim edilməyəcək. MHP buna and içib.

Qeyd edək ki, iyunun 17-si yerli vaxtla saat 11.05-də bir nəfər şəxs İzmirdəki bir iş mərkəzində yerləşən HDP ofisinə daxil olaraq oradakı bir qadını tapancadan atəşlə öldürüb. Xəbəri İzmir Valiliyi yayıb. O da bildirilib ki, hadisəni törədən şəxs yaxalanıb.

Olayın ardından bu şəxsin bozqurd işarətli şəkillərinin yayılması isə dünyanın diqqətini milliyyətçilərin üzərinə yönəltməyə hesablanıb.

Maraqlıdır ki, HDP hər hansı araşdırmanın nəticəsini gözləmədən olaya görə dövləti məsul tutduğunu bəyan edib. Halbuki həm dövlət, həm də müxalif siyasi qurumlar bu olayın türk-kürd qarşıdurması yaratmaq üçün bir qurğu olduğuna inanmaqdadır…

Məsələyə Türkiyənin demək olar ki, bütün siyasi elitası eyni şəkildə qınaqla yanaşıb, bunun bir təxribat olduğunu qeyd edib. Hadisənin ardından Ədalət və İnkişaf Partiyası (AKP) İzmir millət vəkili Hamza Dağ özünün sosial media hesabında cinayəti lənətlədiklərini, olayın araşdırılacağına inandıqlarını qeyd edib.

Redaktə və əlavələr: Azər Həsrət

Mission News Theme by Compete Themes.