Bayraqdar.info – Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.
Lakin əvvəlcədən də məlumat verildiyi kimi, 20 iyun bazar günü olmasına baxmayaraq, Avro-2020 futbol çempionatının keçirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə marşrutlar adi rejimdə işləyəcək.