Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan ombudsmanları arasında görüş

Bayraqdar.info – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova ilə görüş keçirib.

Xəbər Ombdusmanın Mətbuat Xidmətindən verilib.

Görüşdə iki ölkənin tarixi dostluq və qardaşlıq münasibətlərindən danışılıb, ombudsman təsisatları arasında davamlı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunub.

Görüş zamanı Azərbaycan Ombudsmanı mandatı və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Ombudsman S.Əliyeva Ermənistan və Azərbaycan arasında Vətən müharibəsi dövründə Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəfə alan hücumlarından danışıb. O, qonağa həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində hazırlanan insan hüquqlarına dair xüsusi hesabatlar barəsində məlumat verib.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalar orada normal həyatın bərpa olunmasına çox ciddi problemlər yaradır, regionda sülhü və sabitliyi təhdid altına qoyur. Ombudsman müharibə bitdikdən sonra azad olunmuş ərazilərdəki minaların partlamasının çox sayda insan itkisi ilə nəticələndiyini diqqətə çatdırıb.

Öz növbəsində Feruza Eşmatova Özbəkistan Ombudsman Aparatının fəaliyyəti haqqında məlumat verib. O, iki qurum arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Mission News Theme by Compete Themes.