Bayraqdar.info – Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti “Anadolu Qartalı – 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb. Təlimdə həmçinin aviasiya vasitələri də iştirak edəcək.
İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.
Xəbər bayraqdar.info-ya Azərbaycan Müdafiə Nazirliyindən verilib.
Xatırladaq ki, “Anadolu Qartalı” təlimləri 2001-ci ildən həyata keçirilir. Türk Silahlı Qüvvətlərinin məlumatına görə, ilk təlimlərdə Türkiyə ilə yanaşı ABŞ və İsrail heyəti də iştirak edib. Azərbaycansa bu təlimlərə 2015-ci ildən qatılır.