Press "Enter" to skip to content

732 mindən çox şəxsə sosial müavinət və təqaüd ödənilib

Bayraqdar.info – Bu ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 milyon manat çox olmaqla, 420,1 milyon manat ödənilib.

Mission News Theme by Compete Themes.