Press "Enter" to skip to content

“Vətəndaş müraciətləri” xidməti istifadəyə verilib

Bayraqdar.info – Təhsil Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin daha da əlçatanlığını təmin etmək məqsədilə “Vətəndaş müraciətləri” xidməti hazırlayıb. Xidmət bu sahədə aparılan işlərin daha keyfiyyətli təşkilini, müraciətlərin elektron qaydada göndərilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.

Nazirlikdən verilən xəbərdə deyilir ki, Nazirliyə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər daha qısa vaxtda cavablandırılacaq. Yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlərin icra müddəti 2 dəfədən çox qısalmış olacaq.

“Qeyd edək ki, vətəndaşların yazılı müraciətlərində ünvan, əlaqə vasitələri düzgün qeyd etməməsi icra prosesini çətinləşdirir və bəzi hallarda müraciətin statusunun izlənilməsini qeyri-mümkün edir. Bu səbəbdən Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlar e-platformada qeydiyyatdan keçməklə öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq xidmətdən yararlana bilər”, – deyə qurum rəsmiləri vurğulayır.

Mission News Theme by Compete Themes.