Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev iyun 25-də saat 16:00-da Göygöl, Goranboy, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Xocalı rayonları və Gəncə şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.
Xəbərdə bildirilir ki, həmin rayon və şəhərlərin sakinləri 17-23 iyun tarixlərində Nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəsinə zəng etməklə və ya edu.gov.az vasitəsilə videoqəbula yazıla bilərlər.
Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların regionlarda yaşayanlara Nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.
Xəbərdə deyilir ki, vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaq. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.
Araşdırma tələb edən müraciətlərin cavablandırılması elektron formada, yaxud poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.