Press "Enter" to skip to content

Ölkəmiz BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir

Bayraqdar.info – Ölkəmiz BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir və qlobal proqramların icrasına töhfə verir. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Qeyd edək ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin ilk iclası keçirilib. İclas İqtisadiyyat naziri M.Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin həmsədrliyi ilə keçib.

İclasda çıxış edən nazir bildirib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. İyulda BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi ilə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Hökuməti adından hesabatın təqdimatı keçiriləcək. İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-in maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı bildirilib.

Q.İshaqzai təşkilatın pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasında və işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib. Ölkəmizin DİM-in həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə Çərçivə Sənədinin 2021-ci il üzrə icrasına dair birgə iş planları təsdiq edilib, əməkdaşlığın genişləndirilməsiistiqamətləri müzakirə olunub.

Əlavə edək ki, xəbəri bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən veriblər.

Mission News Theme by Compete Themes.