Press "Enter" to skip to content

Müharibə ilə bağlı şəxslərin vahid elektron reyestri

Bayraqdar.info – Prezident İlham Əliyev “Veteranlar haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunları təsdiq edib. Dövlət başçısı hər iki Qanunun tətbiqi haqqında 17 iyun 2021-ci il tarixində Fərmanlar imzalayıb.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu sənədlər nəticə etibarilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının daha dolğun təminatına, onlara göstərilən dövlət xidmətlərinin müasir tələblərə uyğun təkmilləşərək keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Yeni qanunlara əsasən, ƏƏSMN tərəfindən vahid informasiya bazasının yaradılması məqsədilə Nazirliyin elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

E-reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, həmçinin bununla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.

Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron əsasda vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.

Mission News Theme by Compete Themes.