Bayraqdar.info – Güney Azərbaycanlı ziyalılar “Urmu Birlik Səsi” qrupunun vahid namizəd siyahısını dəstəkləyib.
Güney Azərbaycanın tanınmış ziyalıları Əkbər Azad, Hüseyn Məhəmmədxani (Güneyli) və Həsən Raşidi Urmu seçkiləri ilə bağlı birgə bəyanat yayıb.
Onlar şəhər şuraları seçkilərində “Urmu Birlik Səsi” qrupunun irəli sürdüyü vahid namizədlər siyahısını dəstəklədiklərini bildiriblər.
Bəyanatda deyilir:
“Hörmətli vətəndaşlar!
2021-ci il aprelin 25-də Qərbi Azərbaycan, özəlliklə Urmu şəhərində keçiriləcək şəhər şurası seçkiləri iə bağlı bildiriş yaymışdıq.
Bildirişdə Batı Azərbaycan və başqa şəhərlərin həssas durumunu nəzərə alaraq, bu şəhərlərdə çalışan bütün milli-mədəni fəallar və fikirdaşlardan səsləri dağılmasın deyə, şəhər şurasına namizədlərdən ibarət bir siyahı hazırlayıb, onları dəstəkləmələrini xahiş etdik.
Bu gün sevinərək deyə bilərik ki, Urmunun milli-mədəni çalışqanları arasında bu birlik yaranıb. Birliyin nəticəsi olaraq “Urmu Birlik Səsi” adında milli kimlikçilərin birlik və koalisiyasından təşkil tapan 11 nəfərlik Urmu şəhər şurası namizədlərinin siyahısı seçicilərə təqdim olunub.
Biz də bu mübarək birliyə qatılaraq, birlik siyahısında adı keçən 11 nəfərin Urmu şəhər şurası seçkilərində namizədliyini dəstəkləyirik.
Urmulu soydaşlarımızdan siyahıda adları yazılan namizədlərə səs vermələrini xahiş edirik.
Ümid edirik ki, Sayınqala, Tikantəpə və Sulduz şəhərlərində də belə bir koalisiya yaranacaq”.
Hörmətlə:
Hüseyn Məhəmmədxani (Güneyli), Əkbər Azad, Həsən Raşidi
15 iyun, 2021-ci il”
Qaynaq: GünAz.TV