Son yeniləmə: 17 İyun 2021 22:39
Bayraqdar.info – “Biz gücün ədaləti təmin etməsini Vətən müharibəsində gördük”. Bunu Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı deyib. O, qeyd edib ki, dünya hər zaman ədalətə möhtacdır. Lakin bəzən bu ədaləti təmin etmək üçün gücdən istifadə etmək lazım gəlir. İkinci Qarabağ savaşında biz bunun bir daha şahidi olduq.
H.İsaxanlı bu müharibədə qardaş Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstək verdiyini də vurğulayib.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycana verdikləri dəstəyə görə Türkiyənin Anadolu Agentliyinə və TRT kanalına plaket verilib. Plaket Xəzər Universiteti və Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu tərəfindən təqdim edilib.
Telman Nüsrətoğlu: Bu müharibə zamanı qardaş Türkiyə hər an yanımızda oldu
Təqdimetmə mərasimini giriş sözü ilə açan tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu 44 günlük Vətən müharibəsinin Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, qeyd edib ki, bu müharibə zamanı qardaş Türkiyə hər an yanımızda oldu: “Eyni zamanda Türkiyə mətbuatı, xüsusilə də Anadolu Agentiyi və TRT müharibənin hər dəqiqəsi barədə dünyaya doğru məlumatlar çatdırdı. Xəzər Universiteti, həmçinin Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu hər iki qurumu bu fədakar fəaliyyətlərinə görə xüsusi plaketlə mükafatlandırmaq qərarına gəlib”.
İbrahim Eren: Bundan qürur duyuruq
Mərasimdə çıxış edən TRT Baş direktoru İbrahim Eren bildirib ki, qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər bütün türk dünyasını qürurlandırdı: “Anadolu Agentliyi ilə birlikdə dünyaya haqqı, yüz illər boyu müdafiə etdiyimiz dəyərləri dünyanın yeni silahı olan media vasitəsilə anladırıq. Biz eyni zamanda 44 günlük Vətən müharibəsində qardaş Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq üçün fəaliyyət göstərdik. TRT müxbirləri yaşananları bütün dünyaya çatdırdı. Bundan da qürur duyuruq. Hesab edirəm ki, TRT olaraq üzərimizə düşən vəzifələrdən biri də Ermənistanın müharibə cinayətlərini çəkib dünyaya nümayiş etdirməkdir. Bu məqsədlə sənədli filmlər çəkməyi planlaşdırırıq”.
Bu məqamda xatırladaq ki, ötən ay bayraqdar.info-ya özəl müsahibə verən İ.Eren “TRT olaraq Qarabağın işğalından bu günə qədər bölgədə yaşanan erməni zülmünü şahidlər vasitəsilə anladan və gerçək həyat hekayələrindən bəhs edən altı bölümlük bir sənədli film hazırlayırıq. Sənədli filmin istehsal mərhələsi başa çatmaq üzrədir” demişdi.
Serdar Karagöz: Azərbaycana qarşı edilən bütün zülmləri dünyaya çatdırmağa davam edəcəyik
Anadolu Agentliyi Yönətim Qurulu Başqanı və Baş direktoru Serdar Karagöz isə çıxışında öncə Agentliyin yaranma tarixi barədə danışıb. O, Türkiyədəki Milli Mücadilə dönəmində milli mətbuatın, xüsusilə də Anadolu Agentliyinin dezinformasiyaların qarşısının alınmasındakı rolundan bəhs edib. Agentliyin Milli Mücadilə dönəmində Türk ordusuyla birlikdə vacib bir missiyanı üzərinə götürdüyünü xatırladıb. Qeyd olunub ki, İkinci Qarabağ savaşı zamanı da Agentliyin 101 il öncəki təcrübəsindən istifadə edilib: “Beləliklə də Azərbaycanın haqq savaşında Anadolu Agentliyi, TRT telekanalı bütün xəbərləri dünyaya birinci olaraq çatdırırdı. Həm Türkiyə, həm Azərbaycan, həm də dünyaya ən doğru xəbərləri verdik. Zəfər xəbəri də Türkiyədə ilk olaraq Anadolu vasitəsilə yayıldı. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Bu günlər Ağdama səfər etdiyini deyən S.Karagöz orada gördüklərindən dəhşətə gəldiyini bildirib: “Ermənistan Ağdamı tamamilə dağıdıb. Məqsəd Azərbaycana aid nə varsa hamısını yer üzündən silmək olub. Lakin bu gün artıq Ağdam işğaldan azad olunub. Biz Azərbaycana qarşı edilən bütün zülmləri dünyaya çatdırmağa davam edəcəyik”.
Abdullah Eren: Şəhid övladları üçün Türkiyədə ali təhsil qapısı acacağıq
Mərasimdə çıxış edən Yurtdışı Türklər və Əqrəba Topluluqlar (YTB) Başqanı Abdullah Eren Türkiyə-Azərbaycan əlaqələrinin “bir millət – iki dövlət” fəlsəfəsinə əsaslandığını deyib. Rəhbərlik etdiyi qurum haqqında da məlumat verən A.Eren “Türkiye Bursları” çərçivəsində azərbaycanlı gənclərə ayrılan burs sayının hər il artdığını bildirib. O, həmçinin Qarabağ müharibəsi şəhid və qazi yaxınları üçün xüsusi kontingent ayıracaqlarını bildirib: “Bu ildən etibarən Azərbaycanın haqlı davasında həyatını itirən və yaralanan insanların uşaqlarına Türkiyədə ali təhsil almaq imkanı yaradacağıq. Gənc yaşda qazi olanlara və şəhid övladlarına Türkiyədə ali təhsil qapısı açacağıq”.
Digər çıxışlardan sonra plaketlər təqdim olunub.
Qeyd edək ki, mərasimdə həmçinin Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu YTB Başqanı Abdullah Erenə plaket təqdim edib.
Əlavə edək ki, İ.Eren təqdimatla bağlı öz sosial media hesabında da paylaşım edib.
TRT olarak 2. Karabağ Savaşı'nı anbean dünya kamuoyuna aktarmış, dikkatleri Azerbaycan'ın haklı mücadelesine çekmiştik. Bu vesileyle takdim edilen ödüller bizim için çok anlamlı.
Hazar Üniversitesi'ne ve Türkiye Mezunu Akademisyen ve İş Adamları Platformu'na teşekkür ediyorum. pic.twitter.com/RLa4J0HBAB
— ibrahim eren (@ibrahimeren) June 17, 2021
A.Erenin sosial media hesabında anlamlı paylaşım edilib.
Azerbaycan Hazar Üniversitesi'ndeydik.
❝Türkiye Mezunu Akademisyen ve İş Adamları Platformu❞ ile buluştuk. Mezunlarımız birlikteliğimizi güçlendiren önemli bir unsur.
Azerbaycan'a eğitim alanında sunduğumuz destekten ötürü verdikleri Kardeşlik Ödülü için de müteşekkirim. 🇹🇷🇦🇿 pic.twitter.com/uEEvkLWMbG
— Abdullah Eren (@abdullah_eren) June 16, 2021
AA Baş direktoru S.Karagöz də eyni qaydada paylaşımla təqdimat haqqında bilgi verib.
Anadolu Agency gets plaques from Azerbaijan’s Khazar University for agency’s objective coverage of last fall’s war in the Nagorno-Karabakh region. pic.twitter.com/hAUoaUVtKP
— Serdar Karagöz (@serdarkaragoz) June 16, 2021