Press "Enter" to skip to content

Almaniya jurnalistləri rəsmən gizli şəkildə güdə biləcək

Bayraqdar.info – Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Almaniya Bundestagının yeni qanun təşəbbüsüylə bağlı rahatsızlıq ifadə edib. Buna səbəb yeni qanunla terror araşdırmaları zamanı jurnalistlərin gizli şəkildə izlənilməsinə izn verilməsidir.

Xəbər bayraqdar.info-ya CPJ-dən daxil olub.

Xəbərdə deyilir ki, Almaniya Federal Konstitusiya Müdafiə Aktına iyunun 10-da edilmiş əlavə yerli və xarici xüsusi xidmət orqanlarının, eləcə də federal polisin gizli şəkildə hədəfin onlayn fəaliyyətini izləməsinə izn verir. Hətta kodlaşdırılmış kommunikasiya belə izləmə altına alına bilər.

Yeni əlavə imkan verəcək ki, bu günədək jurnalistlər üçün tətbiq edilən istisna aradan qaldırılsın. Bu isə o deməkdir ki, xüsusi xidmət orqanları terror araşdırması adı altında hətta jurnalistlərin kompyuter və smartfonlarına haker müdaxiləsi edə biləcək.

CPJ bu durumdan rahatsız olaraq Almaniya hökumətini belə bir addımdan çəkinməyə çağırıb. Əsas kimi də jurnalistlərin öz fəaliyyətlərində gizlilik haqqının olmasını qeyd edib.

Almaniya mediasında yayılmış xəbərlərə əsaslanan CPJ bildirir ki, xüsusi xidmət orqanları bu dəyişiklikdən sonra jurnalistlərin qurğularına casus əlavələri yerləşdirmək hüququ qazanır. Bu əlavələrin yerləşdirilməsi zamanı internet provayderləri də vasitəçi kimi çıxış etməyə məcburdur.

CPJ xatırladır ki, daha öncə də belə bir dəyişikliyin jurnalistlərin əsas hüquqlarına ciddi zərəri olacağıyla bağlı həyəcan təbili çalıb.

İşin yaxşı tərəfi odur ki, Almaniyalı hüquqşünaslar bu zərərli əlavənin qanunsuzluğunu sübut etmək üçün uyğun hüquqi addımları atmağa hazırlaşırlar. Burada əsas kimi əlavənin media azadlığına zidd olması göstərilir.

Mission News Theme by Compete Themes.