Bayraqdar.info – Güney Azərbaycanın Muğan (Parsabad) bölgəsinin bir qrup milli-mədəni fəalı siyasi dustaqlara dəsktək aksiyası keçirib.
Milli fəallar şəhər küçələrinin divarlarına milli tələblər əks olunmuş şüarlar yazıb, siysi məhbusların, o cümlədən Abbas Lisani və Siyamək Mirzayinin azadlığını tələb ediblər.
Divarlarda “mən Abbas Lisani və Siyamək Mirzayinin azadlığına səs verirəm” məzmunlu şüarlar yazılıb.
Çoxluğun qeyri-demokratik, qeyri-şəffaf adlandırdığı prezident və şəhər şuraları seçkiləri yaxınlaşdıqca milli-mədəni fəallar da aksiyaların sayını artırıb.
Milli fəallar Güney Azərbaycanlı siyasi məhbusların azadlığını və İranda qeyri-fars xalqların hüquqları ilə bağlı qəbul edilən qanunların icrasını tələb edirlər.
Qaynaq: GünAz.TV