Press "Enter" to skip to content

Daimi sülh iki tərəfin bərabərhüquqlu statusuyla mümkündür

KKTC

Son yeniləmə: 17 İyun 2021 22:41

Bayraqdar.info – “Məlum olduğu kimi Cenevrədə baş tutmuş 5+BM qeyri-rəsmi toplantısı tərəflər arasında ortaq bir mövqenin olub-olmadığını müəyyən etmək məqsədilə keçirilib. Bu toplantının sonunda BMT Baş katibi Antonio Guterreş tərəflər arasında rəsmi müzakirələrin başlanması üçün ortaq mövqe axtarışlarının davam edəcyini bilidirib.”

Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanlığının 24-25 iyunda keçiriləcək Avropa Birliyi Zirvə toplantısı ilə bağlı açıqlamasında öz əksini tapıb. Açıqlamada rum tərəfinin bərabərhüquqlu əməkdaşlığa əsaslanan həll variantına qarşı olduğu da bildirilib.

Qeyd olunub ki, Kıbrısda əbədi sülh və sabitlik ancaq iki tərəfin də qəbul edəcəyi plan əsasında mümkün ola bilər: “Hazırda AB-nin üzərinə düşən əsas vəzifə davamlı həll üçün tərəflər arasında tarazlığı təmin etmək və mümkün uzlaşmanı dəstəkləməkdir”.

Vurğulanıb ki, tərəflər arasında ortaq müzakirə zəmini ancaq mövcud gerçəkliklərin qəbulundan keçir. Yəni daimi sülh adada hər iki tərəfin bütün sahələrdə bərabərhüquqlu statusda əməkdaşlığı nəticəsində mümkün ola bilər.

Mission News Theme by Compete Themes.