Press "Enter" to skip to content

Bişkekdə Azərbaycan ermənisi – Macarıstanın fəxri konsulu həbs edilib

Bayraqdar.info – Qırğızıstan mediasının yaydığı xəbərə görə, iyunun 15-də “KarVen” şirkətlər qrupunun rəhbəri Henrix Balyan həbs edilib. Bu şəxs eyni zamanda Macarıstanın Qırğızıstandakı fəxri konsuludur.

Xəbəri hüquq mühafizə orqanlarındakı mənbə verib.

İlkin məlumatlara görə, H.Balyana 3 milyon dollardan artıq vəsaitin mənimsənilməsinə görə ittiham elan edilib.

Maraqlıdır ki, H.Balyan Azərbaycanın Daşkəsən rayonunda anadan olub. Onun Qırğızıstandakı bəzi Azərbaycanlı iş adamlarıyla yaxın münasibətdə olduğu da bildirilir.

O da bildirilir ki, H.Balyanın Atası Qriqori Aykazoviç də 1928-ci ildə Azərbaycanda anadan olub. H.Balyan 2018-ci ildə atası ilə birlikdə “Qırğızıstan və dünya erməniləri” adlı kitab da yazıb.

İyunun 16-da Qırğızıstan mediası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin xəbəri təsdiqlədiyini yazıb. Rəsmi ittihama görə, H.Balyan “dələduzluq” maddəsi ilə məsuliyyətə cəlb edilib və saxlanılıb.

Yeri gəlmişkən, H.Balyan müsahibələrinin birində deyib ki, “erməni doğulmağımla, Azərbaycanda doğulmağımla fəxr edirəm”.

Mission News Theme by Compete Themes.