Press "Enter" to skip to content

Beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri məlum oldu

Bayraqdar.info – Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib.

Beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki nəfər qalib seçilib. “Düşüncələr” adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və “İntikalun” (Ərəbcədən tərcümədə “Keçid”) adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenko qalib elan edilib.

Azərbaycan Milli Xalça Muzeyindən bayraqdar.info-ya bildirilib ki, 2021-in “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar H.Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib. Müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək.

Müsabiqənin qaliblərindən biri xarici vətəndaş olduğundan onun xalça kəsimi mərasimində iştirakı üçün yol və mehmanxana xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Mission News Theme by Compete Themes.