Press "Enter" to skip to content

Ceyhun Bayramov Böyük Britaniyalı naziri bölgəmizlə bağlı bilgiləndirib

Bayraqdar.info – İyunun 14-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət naziri Vendi Morton ilə telefon danışığı olub.

XİN-dən bayarqdar.info-ya verilən məlumata görə, tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

V.Morton Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində, saxlanılan 15 erməninin qarşı tərəfə təhvil verilməsilə bağlı məmnunluq bildirib. Dövlət naziri, tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib.

V.Morton, həmçinin bu günlərdə mina partlayışından həyatını itirən Azərbaycanlı jurnalistlər və mülki şəxslə bağlı təəssüf bildirib. Bu xüsusda başsağlığı ifadə edib.

Nazir C.Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

Tərəflər, habelə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında bu xüsusda imzalanmış anlaşma memorandumunu məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mission News Theme by Compete Themes.