Son yeniləmə: 14 İyun 2021 15:05
Bayraqdar.info – Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 2 minə yaxın (1 min 946) müraciət daxil olub. Müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi və həmçinin Nazirliyin fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb. Aaraşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.