Press "Enter" to skip to content

54 işəgötürən şəhid ailəsi və qazilərlə bağlı marafona qoşulub

Bayraqdar.info – “Məşğulluq marafonu” böyük maraqla qarşılanıb.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, marafon işəgötürənləri şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştiraka təşviq məqsədilə başladılıb.

Bildirilib ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona artıq 54 işəgötürən qoşulub: “Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər onlarda mövcud olan və ya yeni yaratdıqları, müxtəlif peşə sahələrini əhatə edən 76 boş iş yerini uyğun elektron platformaya daxil ediblər. Həmin boş iş yerləri şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq”.

Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər boş iş yerləri haqqında bilgini sayt üzərindən göndərə bilərlər.

Mission News Theme by Compete Themes.