Son yeniləmə: 11 İyun 2021 11:14
Bayraqdar.info – İyunun 11-də e-tələbə portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin müraciətlərin qəbulu başa çatır. Müraciətlər təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dairdir.
Müraciətlərin qəbulu iyunun 11-i saat 23:59-dək aktiv olacaq.
Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
Nazirlik vurğulayır ki, sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri lazımdır.
Qeyd edək ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var.