Son yeniləmə: 11 İyun 2021 13:10
Bayraqdar.info – “YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Şəhidlərdən Fərid Nağıyevin övladı Anayın, Vüsal Hüseynovun övladı Nadirin, Qubat Əliyevin övladı Qubatın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Fonddan verilən məlumata görə, bu məqsədlə min manat analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5 min manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq. Şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin həmin məbləği istənilən valyutaya da dəyişmək olar.