Press "Enter" to skip to content

Azərbaycanlı aktyor rol oynadı, Ermənistan ombudsmanı ciddi qəbul etdi – VİDEO

Müşviq Şahverdiyev

Bayraqdar.info – Sosial mediada Azərbaycanlı aktyor Müşviq Şahverdiyevin də çəkildiyi kiçik bir səhnə dolaşmaqdadır. Bu səhnədə onun özü də daxil olmaqla bir neçə aktyor əsir erməni əsgərlərinin rolunu oynayır. Hər halından komik səhnə olduğu bilinən paylaşımda guya Azərbaycan əsgərləri əsir erməniləri müxtəlif şüarlar səsləndirməyə “məcbur” edir.

Maraqlıdır ki, bu video Ermənistanın da diqqətini cəlb edib. Hətta o həddə ki, Ermənistanın ombudsmanı Arman Tatoyan videonun üzərinə rəhbərlik etdiyi qurumun loqosunu da yapışdıraraq “azərbaycanlıların erməni əsirlərə işgəncə verməsinin danılmaz dəlili” kimi beynəlxalq qurumlara göndərib.

Ermənistan ombudsmanı bununla da qalmayıb, öz xalqına da bu materialdan istifadə edərək yalan təbliğat sırımaqdadır.

Mission News Theme by Compete Themes.