Bayraqdar.info – Azərbaycanda yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Layihə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutur. Artıq Nazirlik tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilk bazasının yaradılması işlərinə başlanıb.
“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yardım edəcək. Həmçinin onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.
Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə Nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.
Sorğu 1 sentyabr 2021-ci il tarixində başa çatacaq.