Press "Enter" to skip to content

Türkiyədə 10 min 457 “Təhlükəsiz turizm sertifikatı” verilib

Son yeniləmə: 10 İyun 2021 17:04

Bayraqdar.info – Türkiyədə 5 min 216-sı mehmanxana, 2 min 35-i restoran və kafe olmaqla ümumilikdə 10 min 457 müəssisə və nəqliyyat vasitəsinə “Təhlükəsiz turizm sertifikatı” verilib.

Bu barədə bayraqdar.info-ya Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.

Sertifikat Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə başladılan “Təhlükəsiz turizm sertifikatı” Proqramı çərçivəsində verilib. COVID-19-a qarşı bütün tədbirlərin görüldüyünü təsdiqləyən sertifikat çərçivəsində xidmət göstərən turizm sektoru istirahət üçün gələnlərdə təhlükəsizlik hissi yaradır. Proqram çərçivəsində otellərdən tutmuş restoranlara, kafelərə və transfer xidməti göstərən nəqliyyat vasitələrinə qədər kriteriyalar müəyyənləşdirilib.

Turizm müəssisələrində göstərilən xidmətin yerli və xarici turistlərin etibarını qazanmasıyla Türkiyə xüsusilə fərqlənib. Turistlər seçimlərində “Təhlükəsiz turizm sertifikatı” Proqramının iki qolu olan “təhlükəsizlik” və “gigiyena”nı əsas götürürlər.

Sertifikatlaşdırma proqramının effektivliyinin artması, bəzi ölkələrin bu tətbiqi nümunə götürməsi və şəhərə gələn turistlərin məmnun qayıtması sektor nümayəndələrini sevindirir.

Türkiyənin Turizm Tanıtma və İnkişaf Agentliyindən verilən məlumata görə, “Təhlükəsiz turizm sertifikatı” alan 5 min 216 mehmanxananın 2 min 871-i nazirlik, 2 min 345-i isə bələdiyyə sertifikatına sahibdir.

Mission News Theme by Compete Themes.