Bayraqdar.info – 10 iyun 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti dayandırılır.
Bayraqdar.info Təhsil Nazirliyinə istinadla xəbər verir ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci ilədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək, yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidir. 17 iyun tarixindən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.
Nazirlik qeyd edir ki, proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.