Press "Enter" to skip to content

Azərbaycan güləşinin əfsanəsi “Poland Open” turnirinin finalında

Son yeniləmə: 10 İyun 2021 16:19

Bayraqdar.info – İyunun 10-da Azərbaycan güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin finalına yüksəlib.

Turnirdə 50 kq çəki dərəcəsində mübarizə aparan M.Stadnik Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib.

Dörddə bir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib.

Yarımfinalda M.Stadnik rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Oksana Livaç olacaq.

Xəbər bayraqdar.info-ya Azərbaycan Güləş Federasiyasından verilib.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilər Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.

Mission News Theme by Compete Themes.