Press "Enter" to skip to content

Karantin rejimində ən böyük yumşalma bu gündən başladı

Son yeniləmə: 10 İyun 2021 10:28

Bayraqdar.info – İyunun 10-dan etibarən iri ticarət mərkəzləri, “Mall”lar fəaliyyətə başlayır.

Bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Qeyd edilir ki, “Mall”ların fəaliyyəti 2020-ci il martın 23-dən dayandırılıb.

İyunun 10-dan etibarən idman zalları da açılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Eyni zamanda, iyunun 10-dan Azərbaycanda çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.

Qərara əsasən, koronavirus infeksiyasına qarşı NK-nın qərarları ilə, həmçinin digər dövlət orqanları tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən may ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir.

Mission News Theme by Compete Themes.