Press "Enter" to skip to content

İşdə ölü canlar saxlamaqla bağlı daha bir cinayət işi

Bayraqdar.info – İyunun 10-da 1 nömrəli uşaq Somatik sanatoriyasının baş həkimi Dilay İslamova və həmin müəssisənin baş mühasibi Burhan Cəfərovun barəsində cinayət işi açılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

Xəbəri iyunun 10-da Baş Prokurorluq verib.

Xəbərdə görə, məlum olub ki, D.İslamova və B.Cəfərov sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin işə gəlməyən tibb işçilərinin əməkhaqqı kartlarını özlərində saxlayıblar. Onların həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pulu nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr var.

İstintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Mission News Theme by Compete Themes.