Press "Enter" to skip to content

Hindistanlı məşhur yoqa ustası İçərişəhərdə olub

Son yeniləmə: 10 İyun 2021 10:50

Bayraqdar.info – Hindistanlı məşhur yoqa ustası Sadhquru (Caqqi Vasudev) İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bayraqdar.info-ya bildirilib ki, qonaq paytaxtın tarixi-memarlıq incisi olan Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, “Sıratağlı” Dini-Memarlıq Kompleksi və “Bəylər” məscidi ilə tanış olub.

“Sıratağlı” Dini-Memarlıq Kompleksində qədim dövrlərdə atəşpərəstlik məbədinin olduğunu öyrənən məşhur mistik Odlar Yurdunun mərkəzindən xoş təəssüratla ayrılıb.

İdarədən bildirilib ki, Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqun, mistik bestsellerin müəllifidir. O, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib.

Mission News Theme by Compete Themes.