Son yeniləmə: 10 İyun 2021 11:19
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən imtahanda uğur qazanmış namizədlərin sertifikatlarını verməyə başlayıb.
Bu barədə bayraqdar.info-ya iyunun 10-da DİM-dən xəbər verilib. Xəbərdə bildirilir ki, bu hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə əldə edə bilər.
Bunun üçün Bakıda Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına gəlmək lazımdır. Həmçinin, regionlarda DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən sertifikatları əldə etmək olar.
Xatırladaq ki, boş dövlət vəzifələrinin üçün imtahanlar DİM tərəfindən 11 aprel 2021-ci ildə keçirilmişdi.