Son yeniləmə: 10 İyun 2021 11:08
Bayraqdar.info – Daşkənd şəhərində Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sharq Atirguli” (“Şərq qızılgülü”) adlı uşaq və gənclərin IV beynəlxalq yaradıcılıq festival-müsabiqəsi keçirilib.
Təhsil Nazirliyindən bildirilir ki, müsabiqədə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı uşaqları 2 rəqs və 1 mahnı ilə iştirak edib.
Beynəlxalq müsabiqənin nəticələrinə görə, “Xoreoqrafiya” nominasiyası üzrə Mərkəzin qızlardan ibarət rəqs kollektivi, “Vokal” nominasiyası üzrə isə Mərkəzin gənc vokalçısı Əbülfət Həsənov I yerə layiq görülüb.
Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən qaliblərə diplomlar təqdim edilib. Müsabiqənin işində fəal əməkdaşlıq etdiyinə görə, Mərkəzin direktoru Lalə Qətiyə, dərnək rəhbərləri İradə Cabbarova, Samirə Musaim və Samirə Səfərliyə təşəkkürnamələr göndərilib.