Son yeniləmə: 10 İyun 2021 10:43
Bayraqdar.info – Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.
İkinci yarış günü – iyunun 9-da 61, 65, 74, 92 və 125 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Xəbər Azərbaycan Güləş Federasiyasından verilib.
Yarışa dörddə bir finaldan başlayan Azərbaycan güləşçisi Hacımurad Hacıyev (74 kq) iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. H.Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.
Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçi Hacı Əliyev (70 kq) də bürünc medal qazanmışdı.