Press "Enter" to skip to content

TRACECA-nın rəqabət qabiliyyətinin artırılması üçün addımlar

Bayraqdar.info – Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirir.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun TRACECA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüşündə bilidirilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, görüşdə ölkəmizin beynəlxalq və regional nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğu diqqətə çatdırılıb.

TRACECA çərçivəsində tərəfdaşlığın əhəmiyyətini vurğulayan İqtisadiyyat naziri üzv ölkələrin nəqliyyat imkanlarının reallaşdırılmasının regionun tranzit-logistika cəlbediciliyini daha da artırdığını bildirib. O,bunun multimodal daşımaların təşviqinə, iqtisadi-ticarət və mədəni əlaqələrin intensivləşməsinə, iqtisadi potensialın gücləndirilməsinə zəmin yaratdığını qeyd edib.

Görüşdə Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, ölkənin mühüm strateji geosiyasi mövqedə, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşməsi, böyük həcmli investisiyaların yatırılması Azərbaycanda irimiqyaslı nəqliyyat-infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb. Regional nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülən tədbirlər və digər addımlar Azərbaycanın tranzit potensialını gücləndirməklə yanaşı, TRACECA-nın rəqabət qabiliyyətinin artırılmasına da töhfə verir.

Baş katib beynəlxalq nəqliyyat dəhlizinin üzv ölkələr arasında daşımaların təşviqində, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb. A.Asavbayev görülən işlərin Avrasiyanın nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrildiyini diqqətə çatdırıb.

GörüşdəTRACECA beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşmanın tətbiqi ilə daşımaların effektivliyinin yüksəldilməsi məsələləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.