Bayraqdar.info – Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Reza Deqqəti özünün sosial media hesabında uyğur türklərilə həmrəylik paylaşımı edib.
R.Deqqəti yazır: “30 ildən çoxdur ki, Çin rəsmilərinin əlindən uyğurların çəkdiyi zorakılığa şahidlik edirəm. Zaman bu türk xalqına kömək etmir. Onlar düşərgələrə doldurulur, qısırlaşdırılır, öldürülür və soyqırımı qurbanı olur. Əgər biz heç nə etməsək onlar yalnız xatirələrdə yaşayacaqlar”.
Qeyd edək ki, R.Deqqəti kimi dünyada tanınan bir şəxsin bu məsələyə diqqət çəkməsi özlüyündə təqdirəlayiqdir. Çünki sayları ən azı 20 milyon olan uyğurlar qırmızı Çin rejiminin çox dəhşətli basqıları altında yaşamağa məcbur edilir. Çinin tətbiq etdiyi yöntəmlər nəinki insan haqlarına, ümumiyyətlə insanlığa ziddir. Buna görə də dünya ictimaiyyəti davamlı şəkildə uyğur məsələsini diqqətdə saxlayır.
For more than 30 years I've been a witness of the violence the #Uyghurs endure from the hand of Chinese authorities. Time doesn't help this turkic people that are being put in camp, sterilized, killed and victim of a genocide. If we don't do anything they will only be memories. pic.twitter.com/C1i2ULpOn8
— REZA (@REZAphotography) June 7, 2021