Son yeniləmə: 9 İyun 2021 20:13
Bayraqdar.info – Nazirlər Kabinetində Avro-2020-nin final oyunlarına hazırlıq işləri müzakirə olunub.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən veriblər.
“İyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Avro-2020 futbol çempionatının Bakı şəhərində keçiriləcək dörd final oyununun təşkili ilə bağlı video-konfrans formatında müşavirə keçirilib. Müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib”, – deyə xəbərdə bildirilir.