Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Cümhuriyyət Məclisinin Başqanı Önder Sennaroğlu Türkiyədə rəsmi səfərdədir. Səfər şərçivəsində Ö.Sennaroğlunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan qəbul edib.
Bu vəzifədə ilk xarici səfərini Türkiyəyə edən Ö.Sennaroğlu vitse-prezident Fuat Oktayla da görüşüb. Görüşdə F.Oktay Türkiyə və KKTC arasındakı əlaqələrin mövcud durumundan məmnunluq ifadə edib. Bu əlaqələrin inkişafında iki ölkə parlamentlərinin də önəmli rol oynadığı bildirilib.
Parlamentlər arasındakı əlaqələrin mövcud durumu Ö.Sennaroğlunun TBMM Başqanı Mustafa Şentop ilə görüşündə də müzakirə edilib.
Bu barədə bayraqdar.info-ya KKTC-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, öncə iki spikerin təkbətək görüşü olub. Yarım saat çəkən təkbətək görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.