Press "Enter" to skip to content

Keçmiş Bakı ermənisi Metsamoru partladacaqlarını elan edib – VİDEO

Bayraqdar.info – Son günlər sosial mediada iki erməninin bir TV proqramında söhbəti dolaşmaqdadır. Bir qadın və bir kişinin söhbəti Ermənistanın son zamanlar yaşadıqları, Azərbaycana münasibət məsələləri üzərində qurulub.

Videodan da göründüyü kimi, arxa fonda erməni dilində “Qalxın! Hayastan ana çağırır!” şüarı yazılıb.

Lakin daha diqqət çəkən odur ki, videodakı qadın açıq şəkildə bildirir ki, bütün baş verənləri sonlandırmaq üçün Metsamor AES-i partlatmaq lazımdır. Maraqlıdır ki, o, bunu açıq mətnlə bəyan edir və həmsöhbəti də onunla həmrəylik nümayiş etdirir.

Bayraqdar.info kiçik bir araşdırma apararaq qadının kimliyini müəyyən edib. Bu, özünün sosial media fəaliyyəti ilə də məşhur olan keçmiş Bakı ermənisi, jurnalist İda Martiroysandır.

İ.Martirosyan bir vaxtlar Bakıda “Veçerni Baku” qəzetinin müxbiri də işləyib. Hazırda Ermənistan Jurnalistlər İttifaqının üzvü olan bu qadın özünün qeyri-adi çıxışlarıyla diqqət mərkəzində olmağı xoşlayır.

Göründüyü kimi, indi də Azərbaycanı qorxutmaq üçün Metsamor AES-i partlatmaq lazım olduğunu, sonuncu erməni kimi qalacağı təqdirdə bunu özünün edəcəyini deyir.

Mission News Theme by Compete Themes.