Son yeniləmə: 9 İyun 2021 20:35
Bayraqdar.info – 2021-ci ilin yanvar-may aylarında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxsləri 500-ə yaxın təkərli oturacaqla təmin edib.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu kateqoriyadan olan şəxslərə həmçinin 544 aşağı və yuxarı ətraf, süd vəzi protezi, 473 aşağı və yuxarı ətraf protezi verilib. Həmçinin 5 min 812 müxtəlif reabilitasiya vasitəsi, 59 bel və boyun nahiyəsi üçün korset verilib. Eləcə də 643 cüt protez ayaqqabı, 1 min 42 cüt ortopedik ayaqqabı, 1 min 61 qoltuq altı və dirsəkaltı ağac, 1 min 16 ədəd əsa və s. təqdim olunub.
Ümumilikdə son beş ayda 4 min 919 nəfər əlilliyi olan şəxs 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edilib. Onlardan 7 yüz 71-i cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olanlardır.