Bayraqdar.info – İyunun 9-da Pakistanın Lahor şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirovla Pakistan Hərbi Dəniz Akademiyasının rəisi, kontr-admiral Məhəmməd Zubair Şafiq arasında görüş keçirilib.
Görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər Müdafiə Nairliyindən verilib.
Kontr-admiral M.Z.Şafiq Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. O, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Daha sonra görüş geniş tərkibdə davam edib. Hərbi dənizçi mütəxəssislərin hazırlığı, hərbi təhsil sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, eləcə də seminar və elmi-praktik konfransların keçirilməsi müzakirə olunub.
Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan Hərbi Dəniz Akademiyasının tədris-maddi bazası ilə tanış olub.