Press "Enter" to skip to content

Azərbaycan güləşçisi “Poland Open” turnirində bürünc medal qazanıb

Son yeniləmə: 9 İyun 2021 14:36

Bayraqdar.info – İyunun 8-də Varşavada güləş üzrə “Poland Open” turniri başlayıb.

Azərbaycan Güləş Federasiyasından xəbər verilir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Turnirdə 70 kq çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib.
Azərbaycan təmsilçisi Hacı Əliyev “A” qrupunda yer alıb.

Titullu güləşçi ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. O, daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib.

Üçüncü turda gürcü rəqibindən də güclü olan H.Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub.

Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan H.Əliyev rəqibinə minimal fərqlə qalib gəlib.

Digər güləşçi Şərif Şərifov (97 kq) isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.

Mission News Theme by Compete Themes.